17 avqust 2026. Bazar ertəsi

Sabah'ın yeni formaları - VİDEO


Sabah'ın yeni formaları - VİDEO
Sabah yeni mövsüm üçün nəzərdə tutulan formalarını təqdim edib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, formalar “Macron” firması tərəfindən, "Sabah"ın təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.

Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar  qeyd olunan amillərin vəhdətidir.

Səfər oyunları üçün hazırlanmış forma isə "Sabah"ın futbol akademiyasının bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.





Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer