8 iyun 2026. Bazar ertəsi

1600-cü qol


1600-cü qol

“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turunun “Səbail”lə matçına təsadüf edib.

Səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb. Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.

“Qarabağ” Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.

Qeyd edək ki, komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də “İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) təkcə “Qarabağ” deyil, yarışın tarixində ilk topun müəllifi olub.







Misli Premyer liqa

"Şamaxı"da yeni müqavilə
  • Misli Premyer liqa
  • 15:50 07.06.2026
"Şamaxı"da yeni müqavilə
"Sabah"ın yay hazırlıq planı bəlli olub
  • Misli Premyer liqa
  • 13:50 05.06.2026
"Sabah"ın yay hazırlıq planı bəlli olub
"Karvan-Yevlax"da daha bir ayrılıq
  • Misli Premyer liqa
  • 10:58 05.06.2026
"Karvan-Yevlax"da daha bir ayrılıq
Azərbaycan millisinin üzvü "Sabah"da qalır
  • Misli Premyer liqa
  • 16:45 04.06.2026
Azərbaycan millisinin üzvü "Sabah"da qalır