5 iyul 2026. Bazar günü

Tarixin 7-cisi


Tarixin 7-cisi

Filip Ozobiç “Neftçi” forması ilə Azərbaycan çempionatlarında 15-ci qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya əsilli yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib. O, “Zirə” ilə ev oyununda (2:4) hesabı açıb.

Ozobiç karyerasında 3-cü klubla Premyer Liqada 15 və daha çox qol vurub. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə fərqlənib.

Filip ölkə çempionatları tarixində 3 fərqli klubda məhsuldarlıq göstərən 6-cı, ən azı 3 komandada bunu bacaran 7-ci futbolçu olub. Onadək Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”), Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) üç komandada 15 və ya daha çox qola imza atıb. 

Mütləq rekord isə Nazim Əliyevə məxsusdur. O, 4 klubla – “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”da (əvvəlki “Dinamo”) belə məhsuldarlıq göstərib.







Misli Premyer liqa

"Zirə" heyətini yeni legionerlə gücləndirdi
  • Misli Premyer liqa
  • 16:22 05.07.2026
"Zirə" heyətini yeni legionerlə gücləndirdi
"Səbail" Abbas Ağazadəni heyətinə qatdı
  • Misli Premyer liqa
  • 17:01 04.07.2026
"Səbail" Abbas Ağazadəni heyətinə qatdı
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi
  • Misli Premyer liqa
  • 17:07 03.07.2026
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi