14 aprel 2026. Çərşənbə axşamı

Qarabağ və Qəbələ cərimələndi


Qarabağ və Qəbələ cərimələndi

Bugün AFFA İntizam Komitəsinin (İK) ilk iclası keçirilib. 

Corner.az xəbər verir ki, qurum Premyer Liqanın ilk turunda baş vermiş neqativ hallara hüquqi qiymət verib.

“Qarabağ”la görüşdə qırmızı vərəqə alan “Keşlə”nin yarımmüdafiəçisi Emin Mehtiyev 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Qarabağ” isə bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə 800 manat cərimələnib. Adıçəkilən oyunda Ağdam klubunun məşqçilər korpusu akkreditasiyadan istifadə etməmişdi.

“Qəbələ” ilə səfər matçında 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 800 manat cəriməyə məruz qalıb. Matçın sonlarında qırmızı vərəqə alan “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov 1 oyunluq diskvalifikasiya edilib, "qırmızı qaralar" 200 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra “Qəbələ”nin azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir edib. Bu, bölgə təmsilçisinə 4000 manatlıq cəriməyə başa gəlib. Bundan başqa, qarşılaşma “Sumqayıt”ın ucbatından 9 dəqiqə gec başladığı üçün "kimyaçılar" 800 manat cərimə olunub.

“Neftçi” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan "Sabah” da 800 manat məbləğində cərimələnib.







Misli Premyer liqa

"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə