10 avqust 2026. Bazar ertəsi

İsayev Azərbaycan çempionatlarının tarixinə düşüb


İsayev Azərbaycan çempionatlarının tarixinə düşüb

“Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi XXXI turun “Sumqayıt”la ev görüşünə (3:1) təsadüf edib. 

Məqsəd Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. O, “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.

Qeyd edək ki, Məqsəd Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə (1:2) debüt edib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı