7 may 2026. Cümə axşamı

Mahmud Qurbanovun rekordu təkrarlandı


Mahmud Qurbanovun rekordu təkrarlandı

“Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi komandası ilə birlikdə Misli Premyer Liqasının 2024/25 mövsümünün qızıl medalını XXXII turda təmin edib.

2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb. Müdafiəçi bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.

Bədavi bununla da Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. O, Mahmud Qurbanova məxsus göstəriciyə çatıb. Sabiq yarımmüdafiəçi 6 fərqli klubda 11 qızıla sahib çıxıb. O, “Kəpəz” (1994/95, 1997/98, 1998/99), “Neftçi” (1996/97, 2003/04, 2004/05), “Şəmkir” (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) bu sevinci yaşayıb.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi