14 dekabr 2025. Bazar günü

“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub


“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley topuna Andrey Ştoqrin imza atıb.

O, Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt”la səfər oyununda (2:2) komandasını məğlubiyyətdən xilas edən sonuncu qolun müəllifi olub. Bakı klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 1600-cü qolu 957-ci oyununda vurub. 

“Ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdir. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib.

“Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadır. “Qarabağ”ın hesabında 1606 qol var.

Qeyd edək ki, “Neftçi” milli çempionatlarda ilk qolunu Sumqayıtın digər təmsilçisi “Xəzər”lə görüşdə 1992-ci il mayın 8-də vurub. Tarixi topa Yunis Hüseynov imza atıb.







Misli Premyer liqa

"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
  • Misli Premyer liqa
  • 18:33 13.12.2025
"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
“Şamaxı” “Zirə”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 16:00 13.12.2025
“Şamaxı” “Zirə”ni məğlub etdi
“Neftçi”yə yalnız çempionluq yaraşır”
  • Misli Premyer liqa
  • 13:10 13.12.2025
“Neftçi”yə yalnız çempionluq yaraşır”
“Sumqayıt” “İmişli”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 22:38 09.12.2025
“Sumqayıt” “İmişli”ni məğlub etdi
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
  • Misli Premyer liqa
  • 15:22 09.12.2025
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
Mövsümdə 3-cü
  • Misli Premyer liqa
  • 11:47 09.12.2025
Mövsümdə 3-cü
"Sabah” “Neftçi”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 23:06 08.12.2025
"Sabah” “Neftçi”yə qalib gəldi