20 aprel 2026. Bazar ertəsi

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub


Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib. O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

Emin “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

Mahmudov “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.

Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.







Misli Premyer liqa

“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
  • Misli Premyer liqa
  • 18:22 18.04.2026
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
“Neftçi” “Zirə” ilə heç-heçə edib
  • Misli Premyer liqa
  • 22:06 17.04.2026
“Neftçi” “Zirə” ilə heç-heçə edib
“Qarabağ” 700 manat cərimələnib
  • Misli Premyer liqa
  • 12:43 15.04.2026
“Qarabağ” 700 manat cərimələnib