5 iyul 2026. Bazar günü

Son 11 mövsümün rekordu


Son 11 mövsümün rekordu

Misli Premyer Liqasının XXXIII turunda 3 heç-heçə qeydə alınıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,  “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.

Bununla da mövsüm ərzində qeydə alınan heç-heçələrin sayı 49-a çatıb. Bu, son 11 mövsümün rekordudur. Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/16 mövsümündəki göstərici üstələnib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.







Misli Premyer liqa

"Səbail" Abbas Ağazadəni heyətinə qatdı
  • Misli Premyer liqa
  • 17:01 04.07.2026
"Səbail" Abbas Ağazadəni heyətinə qatdı
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi
  • Misli Premyer liqa
  • 17:07 03.07.2026
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi