7 may 2026. Cümə axşamı

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib


Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,  33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib. “Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2008/09 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.

1. Rahid Əmirquliyev   - 451

2. Mahmud Qurbanov  - 421

3. Rəşad Sadiqov    - 392

4-5. Asif Məmmədov    - 388

Azər Məmmədov - 388

6. Aslan Kərimov - 382

7. Rəşad Abdullayev - 378

8-9. Elvin Məmmədov - 376

Maksim Medvedev - 376

10. Vurğun Hüseynov - 368

11. Aqil Məmmədov - 363

12. İsmayıl Məmmədov - 351

13. Qara Qarayev – 350







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi