4 iyul 2026. Şənbə

Kubokun 10-cu sahibi


Kubokun 10-cu sahibi

“Sabah” Azərbaycan Kubokunu qazanan 10-cu komanda olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu finalda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən turnirin əvvəlki 32 mövsümündə 9 qalib olmuşdu. Mütləq rekord “Qarabağ”a məxsusdur – 8 dəfə.

“Neftçi” 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”, “Bakı” hərəyə 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” hərəyə 2 kubok qazanıb. “İnşaatçı” (Bakı) və “Şəfa” isə “Sabah” kimi hərəsi bir dəfə kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb.







Misli Premyer liqa

"Qarabağ" növbəti transferini rəsmiləşdirdi
  • Misli Premyer liqa
  • 17:07 03.07.2026
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi