17 mart 2026. Çərşənbə axşamı

AFFA Azərbaycan Kubokunun final oyunundakı hadisələrlə bağlı cəzaları açıqlayıb


AFFA Azərbaycan Kubokunun final oyunundakı hadisələrlə bağlı cəzaları açıqlayıb

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Kubokunun final oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah”la matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” 700 manat cərimələnib. Klubun məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, onun bu hərəkəti komandasını 1500 manat xərcə salıb.

“Qarabağ”ın futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klubu 3000 manat cərimə olunub.

Azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə ağdamlılar əlavə 1500 manat cərimə ödəyəcəklər.

Bundan başqa, 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” 700 manat ziyana düşüb. Həmçinin azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə Bakı təmsilçisi daha 1500 manat cərimələnib.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi