17 mart 2026. Çərşənbə axşamı

"Turan Tovuz"dan baş məşqçisinə dəstək - "Kurban Berdıyev ölkəni tərk etməyib"


"Turan Tovuz"dan baş məşqçisinə dəstək   - "Kurban Berdıyev ölkəni tərk etməyib"

"Turan Tovuz" Futbol Klubu bəyanat yayıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Kurban Berdıyevin hazırda Azərbaycanda olduğu bildirilib.

Son günlər klubumuz haqqında həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılmaqdadır. Mövsümün başa çatmasına baxmayaraq, baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd edək ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, "Turan Tovuz" başa çatan mövsümdə Misli Premyer Liqasını 55 xalla dördüncü pillədə başa vurub.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi