22 iyun 2026. Bazar ertəsi

Qarabağ məni satmaq istəmirsə... - Abdullah Zubir


Qarabağ məni satmaq istəmirsə... - Abdullah Zubir

"Gözlədiyim kimi, asan matç olmadı. Rəqib bizi arxa xətdə qarşıladı. İlk qoldan sonra daha çox boşluqlar tapdıq və öz oyunumuzu sərgiləməyə başladıq".

Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Premyer Liqanın II turunda "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib. 28 yaşlı yarımmüdafiəçi Şimali İrlandiyanın "Linfild" komandası ilə keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu (ilk oyun - 2:3) barədə də fikirlərini bölüşüb. Fransalı oyunçu rəqibin sadə komanda olmadığını sözlərinə əlavə edib: "İlk görüşdə bizim və rəqibin çoxlu qol epizodları oldu. Hesab 1:3 olsaydı, daha çətin olardı. Cavab qarşılaşmasında özümüzə inanırıq".

"Genqam"ın maraqlandığı yarımmüdafiəçi transfer məsələsi ilə bağlı bunları söyləyib: "Mən "Qarabağ"ın futboluçusuyam. Bu klubla müqaviləm var. Məni satmaq istəmirlərsə, bu, klubun öz işidi. Danışmağım düzgün olmaz. "Qarabağ"da özümü xoşbəxt hiss edirəm".







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı