22 iyun 2026. Bazar ertəsi

APL: I turun oyunçusu və simvolik "11-liy"i


APL: I turun oyunçusu və simvolik "11-liy"i

"InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının I turunun rəmzi komandası müəyyənləşib.

Corner.az xəbər verir ki, eyni zamanda turun ən yaxşı futbolçusu da məlum olub.

Ən yaxşı futbolçu 312 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli olub. Gənc oyunçu “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və yeganə qola imza atıb. Araşdırmalara əsasən İsmayıl turun ən yüksək indeksinə malik futbolçusudu.

Rəmzi komanda

Qapıçı: Mehdi Cənnətov-256 (“Sumqayıt”)

Müdafiəçilər: Faysal Rerras-269 (“Qarabağ”), Eriko Da Silva-271 (“Səbail”), Elvin Bədəlov-271 (“Sumqayıt”), Abbas Hüseynov-251 (“Qarabağ”)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli-312 (“Qarabağ”), Fəhmin Muradbəyli-299 (“Səbail”), Soni Mustivar-303 (“Neftçi), Sərtan Taşqın-280 (“Sumqayıt”)

Hücumçular: Maqaye Qeye-229 (“Qarabağ”), Mehdi Şərifi-283 (“Sumqayıt”)

Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksidi.









Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı