17 avqust 2026. Bazar ertəsi

Qarabağ'ın yubiley qələbəsi


Qarabağ'ın yubiley qələbəsi

Qarabağ Azərbaycan Premyer Liqasındakı qələbə seriyasını 10 oyuna çatdırıb.

Corner.az xəbər verir ki, 2018-19 mövsümünün son 8 matçında xal itirməyən Ağdam klubu cari çempionatın startında 2-ci qələbəyə sevinib.

Qurban Qurbanovun yetirmələrinin son xal itkisi martın 9-na təsadüf edib. Həmin gün “Qarabağ” “Zirə”ylə ev matçında heç-heçəylə kifayətlənib – 0:0. Son çempion ötən mövsümün sonunda “Səbail” (2:1, 4:0), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1), “Sabah” (3:0), “Keşlə” (3:0), “Zirə” (3:0) və “Neftçi” (3:2) üzərində qələbə qazanıb. Yeni mövsümün ilk matçında “Keşlə”ni bir qolla məğlub edən ağdamlılar qələbə seriyasını “Qəbələ”ylə qarşılaşmada 10-a çatdırıb. Bu dəfə evdə oynayan “Qarabağ” böyükhesablı qələbə əldə edib – 3:0.

Qeyd edək ki, “köhlən atlar” 10 oyunluq qələbə seriyası zamanı 30 qol vurub və 4-nü buraxıb.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer