- Misli Premyer liqa
- 20:55 21.06.2026
“Sabah” klubu yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.