17 avqust 2026. Bazar ertəsi

Xəstəxanaya aparılan futbolçunun son durumu açıqlandı


Xəstəxanaya aparılan futbolçunun son durumu açıqlandı

Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"la oyunda zədələndiyi üçün xəstəxanaya aparılan "Qəbələ"nin futbolçusu Klesio Baukun durumuna aydınlıq gəlib.

Əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanovun verdiyi məlumata görə, hazırda 25 yaşlı hücumçunun vəziyyəti yaxşıdır. 39 yaşlı mütəxəssis mozambikli oyunçunun rəqibin futbolçusu Riçard Almeyda ilə mübarizədə boğazından zərbə aldığını bildirib: "Oyunçu zərbə aldıqdan sonra nəfəs ala bilmirdi və ona görə xəstəxanaya apardıq. İndi ciddi bir şey yoxdur, qarşıdakı matçlarda iştirak edə biləcək".

Qeyd edək ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Klesio Bauk zədələndiyi üçün onun yerinə 29-cu dəqiqədə meydana Rövlan Muradov daxil olub.(report)







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer