31 mart 2026. Çərşənbə axşamı

“Araz-Naxçıvan”dan ilk transfer


“Araz-Naxçıvan”dan ilk transfer

“Araz-Naxçıvan” klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Bu barədə  90deqiqe.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bar Koen 2025/2026 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

O, buna qədər ancaq İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi" (Tel-Əviv), “Beytar" (Tel-Əviv), “Hapoel" (Hayfa) komandalarının formasını geyinən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi"də (Netaniya) keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.

Qeyd edək ki, daha əvvəl baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə müqaviləni yeniləyən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.







Misli Premyer liqa

“Neftçi” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:07 20.03.2026
“Neftçi” “İmişli”ni darmadağın etdi
“Zirə” səfərdə qələbə qazandı
  • Misli Premyer liqa
  • 16:57 19.03.2026
“Zirə” səfərdə qələbə qazandı
Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı