22 iyun 2026. Bazar ertəsi

Azərbaycan I Liqasında ötən mövsüm ən çox tamaşaçı toplayan klub bəlli olub


Azərbaycan I Liqasında ötən mövsüm ən çox tamaşaçı toplayan klub bəlli olub

I Liqada 2024/25 mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib.

90deqiqe.Az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 135 oyunda orta göstərici 478-ə bərabər olub.

Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, “Difai” – MOİK (40 tamaşaçı) və “Cəbrayıl” - “Qaradağ Lökbatan” (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.

“Karvan” izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. “İmişli” 2-ci, “Mingəçevir” 3-cü olub.

8-ci və 24-cü turlarda keçirilən “Karvan” – “Qəbələ” matçlarını daha çox – 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, 5-ci turun “Karvan” – “İmişli”, 7-ci turun “Karvan” – “Cəbrayıl” və 22-ci turun “İmişli” – “Karvan” görüşləridir.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı