22 iyun 2026. Bazar ertəsi

Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb


Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb

"Kəpəz" Sloveniyanın “Celje” klubu ilə əməkdaşlığa başlayıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, hər iki tərəfin rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Namiq Qədirov, “Celje” klubunun prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və baş əməliyyat direktoru Zoran Podkoritnik işitrak ediblər. Tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.

Qeyd edək ki, 1919-cu ildə yaradılan “Celje” klubu 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024-2025-ci illər mövsümündə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə kimi irəliləyib.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı