7 may 2026. Cümə axşamı

Mənim üzərimdə təzyiq yoxdur - Bordin


Mənim üzərimdə təzyiq yoxdur - Bordin

"Hazırda bu oyunu analiz etmək lazımdır. Hər iki hissədə cəmi bir qol epizodu verdik və rəqib onlardan birini qola çevirdi. Qoldan öncə Baqali Dabonun və Platellasın qol şansı oldu, amma istifadə edə bilmədik. Görüşü analiz etsək, "Sabah"la oyuna nisbətən daha istəkli idik. Futbolçularım barədə pis heç bir söz deyə bilmərəm. İlk dəqiqədən istəkli olduqlarını göstərdilər. Burada bəxtsizlik də rol oynadı. Sonluqlarda problemlərimiz var, öz üzərimizdə işləməliyik. Çətin vəziyyətdəyik, bu durumdan çıxmağa çalışacağıq".

Corner.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın II turunda səfərdə "Zirə"yə uduzduqları (0:1) oyundan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, Baqali Dabo ilə baş verən hadisələr klubun daxilində qalır: "Mənim üzərimdə təzyiq yoxdur. Hər zaman istədiyim heyəti qururam. Dabo bu gün komanda yoldaşları kimi yaxşı oyun sərgilədi. 3 təhlükəli şansı oldu, ikisi qola daha da yaxın idi".

İtaliyalı məşqçi nəticənin hər zaman oyundan vacib olduğunu söyləyib. "Qələbə qazanmalıyıq. Vacib olan budur. Vəziyyətə nəzarət etmək və balans yaratmaq lazımdır".

Bordin görüşün baş hakimi ilə arasında olan dialoq barədə də danışıb: "Yaxınlaşdım və sağollaşdım. Artırılmış dəqiqələri müzakirə etdik".

Məşqçi Avropa Liqasının oyunlarına nisbətən bir neçə mövqedə dəyişikliklər etdiyini sözlərinə əlavə edib







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi