7 may 2026. Cümə axşamı

Özümüzə gələcəyimizə inanırıq - Samir Abbasov


Özümüzə gələcəyimizə inanırıq - Samir Abbasov

Zirə'nin baş məşqçisi Samir Abasovun Premyer Liqanın 2-ci turunda "Neftçi" ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Corner.az xəbər verir ki, Abasov minimal hesabla qalib gəldikləri görüşü belə şərh edib:

- Həddindən artıq təzyiqli oyun keçdi. Qələbə qazanmağımız yaxşı oldu. Ən azından bizə bir siqnal oldu ki, oyun udmaq üçün mübariz olmalısan. Azarkeşlərimiz bizi yalnız qoymadı. Ötən il onları bir az üzdük. Futbolçularıma "sağ ol" düşür.

- Komandada bir az dağınıqlıq görünürdü. Ötən həftə ilə bu gün arasında nə dəyişdi?
- Bir iki oyunçu var idi ki, tez verdiyi qərarlarla düşdükləri situasiyadan çıxırdı. Nə dəyişdiyi odu ki, bu oyunda mübarizə apardıq. Ancaq bu ötən tur yox idi. Həm "Səbail", həm də "Neftçi" avrokuboklarda oynayıb. Əvvəlcə onlar bu həyəcanı əvvəlcədən yaşayıb. Bizim komanda yavaş-yavaş özünə gələcək.

- Növbəti oyununuza az vaxt qalıb. Bu oyunçularda yorğunluq yaratmaz?
- Ehtiyat oyunçularımız da var. Özümüzə gələcəyimizə inanırıq. "Neftçi"nin bu gün müdafiəsi güc sərf etdisə, biz həm hücumda, həm də müdafiədə güc itirdik.

- Qış fasiləsinə qədər çempionluğa əsas namizədin bəlli olacağını düşünürük. Sizin fikirləriniz nədi?
- Hamı bilir ki, əsas namizəd "Qarabağ"dı. Ardınca da "Neftçi".

- Avroliqaya vəsiqə qazanmaq istəyirsiz?
- Bəli. Həm avroliqaya vəsiqə qazanmaq, həm də digər komandalara baş ağrı olmaq istəyirik.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi