31 mart 2026. Çərşənbə axşamı

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu ilə gücləndirib


“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu ilə gücləndirib

“Araz-Naxçıvan” klubu heyətinə daha bir futbolçu cəlb edib.

90deqiqe.Az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ və sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya" (Münhenqladbax), “Elfersberq”, “Redinqhauzen”, “Kayzerslautern”, “Holştayn" (Kil), Niderlandın “Roda" (Kerkrad) klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi “Osnabruk”da keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatan müqaviləni yeniləyən, Bar Koeni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

 







Misli Premyer liqa

“Neftçi” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:07 20.03.2026
“Neftçi” “İmişli”ni darmadağın etdi
“Zirə” səfərdə qələbə qazandı
  • Misli Premyer liqa
  • 16:57 19.03.2026
“Zirə” səfərdə qələbə qazandı
Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı