4 iyul 2026. Şənbə

“Qəbələ” klubunun yay hazırlıq planı bəlli olub


“Qəbələ” klubunun yay hazırlıq planı bəlli olub

Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək “Qəbələ” komandasının yay hazırlıq planı bəlli olub.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyunun keçirilməsi planlaşdırılır.







Misli Premyer liqa

"Qarabağ" növbəti transferini rəsmiləşdirdi
  • Misli Premyer liqa
  • 17:07 03.07.2026
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi