10 avqust 2026. Bazar ertəsi

"Turan Tovuz"un İdarə Heyətinin sədri Bernd Ştange ilə görüşüb


"Turan Tovuz"un İdarə Heyətinin sədri Bernd Ştange ilə görüşüb

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Azərbaycan–Almaniya Dostluq Həftəsi” çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange ilə görüşüb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə almaniyalı mütəxəssislə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub və futbol veteranı Vəli Qasımov da iştirak ediblər.

Görüşdə qonaqlara Tovuz futbolu və klub haqqında ətraflı məlumat verilib. Tovuzda futbolun təməlinin ötən əsrin əvvəllərində məhz almanlar tərəfindən qoyulduğu vurğulanıb. Eyni zamanda, “Şamaxı” barədə qonaqlara geniş məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Görüşün sonunda fəxri qonağa "Turan Tovuz"un forması hədiyyə olunub. Cəmiyyətin sədri Çingiz Abdullayev 1920-ci ildə Tovuzda keçirilən ilk rəsmi oyun olan “Rote Fahne” – “Tovuz” matçında çəkilən tarixi şəkli Ehtiram Quliyevə təqdim edib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı