15 aprel 2026. Çərşənbə

Azərbaycan çempionatı CAR çempionatından fərqlənmir - Hendrik Eksteyn


Azərbaycan çempionatı CAR çempionatından fərqlənmir - Hendrik Eksteyn

Sabah'ın Cənubi Afrika Respublikasından olan  yarımmüdafiəçisi Hendrik Eksteyn Azərbaycana gələndən oyun üslubunun dəyişdiyini açıqlayıb.

Corner.az xəbər verir ki, 28 yaşlı oyunçu CAR-ın “Sowetan Live” nəşrinə müsahibəsində bundan əvvəlki klubu “Kayzer Çifs”dəki çıxışı ilə “Sabah”dakı oyununun fərqləndiyini bildirib: “Sabah”da məndən topu uzun müddət çox saxlamağı istəmirlər. Top daima hərəkətdə olmalıdır. Məşqlərdə də biz topa bir-iki toxunuş edirik”.

Eksteyn Azərbaycan çempionatında driblinq və digər texniki hərəkətlərin mühüm olmadığını da vurğulayıb: “Onlar driblinq etməyimi istəmirlər. Azarkeşlər, rəqib belə hərəkətlərlə digər oyunçuları utandırmağı xoş qarşılamırlar”.

Bununla yanaşı yarımmüdafiəçi “Neftçi” ilə ilk turdakı 1:1 hesabı ilə nəticələnən matçdan da danışıb: “İlk turda “Sabah”ın heyətində yaxşı oyun sərgilədim. Bir məhsuldar ötürmə etdim. Əlbəttə, Azərbaycandakı ilk matçımda qələbə qazanmaq istərdim. Ancaq mövcud vəziyyətdən şadam. Azərbaycan çempionatı CAR çempionatından fərqlənmir. Oyun üslublarında da ciddi fərq yoxdur. Ümumilikdə futbol elə futboldur. Əsas oyun üslubu olaraq topa bir-iki toxunuş etməkdir. Buradakı oyunçular cəld oynamağı sevirlər”.

Azərbaycana ilk dəfə gələn oyunçu buradakı mühitə, dilə, mədəniyyətə uyğunlaşma prosesi haqda da danışıb: “Azərbaycanda çox az adam ingiliscə danışır. Mən vaxtımın əksər hissəsini məşqdə və evimdə keçirirəm”.

Qeyd edək ki, Hendrik Eksteyn bu yay “Sabah”ın heyətinə cəlb olunub.







Misli Premyer liqa

"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə