10 avqust 2026. Bazar ertəsi

"Araz-Naxçıvan"dan daha bir transfer


"Araz-Naxçıvan"dan daha bir transfer

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” yarımmüdafiəçi Çarles Boli ilə anlaşıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan futbolçu ilə müqavilənin müddəti 1 illikdir.

O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. Son mövsümü Kiprin “Apollon” (Limasol) komandasında keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı