7 avqust 2026. Cümə

Sabah himnini təqdim etdi - VİDEO


Sabah himnini təqdim etdi - VİDEO

Azərbaycan Premyer Liqası təmsilçisi "Sabah" himnini təqdim edib.

Corner.az-ın məlumatına görə, himnin sözləri Elnurə Nağıyeva, Murad Arifə məxsusdur.M.Arif himnin musiqisininin də müəllifidir.

HİMN

Hər günün yeni bir sabahı var,
Sənlə başlayır ümidlər
Üfüqündə, işığında toplanmışıq biz
Pərvanətək azarkeşlər !

Bizi yormaz yağan leysan kimi yağış
İzindəyik hər boran-qış
Ürəklərdə tez-tez döyünürsən sən
Nəbzimizdir Sənə alqış

Nəqarət:
Biz olsaq da, ah, olmasaq da
Sabah olsun, qoy, Sabah olsun!
Qalib sən olsan da, olmasan da
Vurduğun hər qol - qəlbimizə yol!

Bu oyun içində minbir həyəcan
Hər anın öz ləzzəti!
Sabah hər qolunu vurduğu zaman
Coşduracaq milləti!

Azarkeş usanmadan dəstək olacaq
Alqışlar sevincə qarışar!
Və Sabah oyunda tarix yazacaq
Sabaha qələbə yaraşar!

Nəqarət:
Biz olsaq da, ah, olmasaq da
Sabah olsun, qoy, Sabah olsun!
Qalib sən olsan da, olmasan da
Vurduğun hər qol - qəlbimizə yol!







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı