7 avqust 2026. Cümə

30-cu ev qələbəsi


30-cu ev qələbəsi

Zirə Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, mövsümün II turuna təsadüf edib.

Yeni mövsümdə ilk dəfə doğma divarlar arasında oynayan “qartallar” “Neftçi”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komanda öz meydanında keçirdiyi 61-ci matçında “30”a çatıb.

“Zirə” yüksək dəstədə debüt etdiyi 2015/16 mövsümündə 12, növbəti çempionatda 7 dəfə qonaqları xalsız qoyub. 2017/18 mövsümündə 6, ötən yarışda 4 qələbəsi olan bakılılar evdəki 30 uğurundan 5-cisini indiki baş məşqçisi Samir Abasovla qazanıb.

 

“Zirə”nin Premyer Liqada əlamətdar ev qələbələri

1-ci. 09.08.2015. "Zirə" - AZAL - 1:0

10-cu. 20.03.2016. "Zirə" - AZAL - 4:2

20-ci. 13.08.2017. "Zirə" - "Səbail" - 2:1

30-cu. 26.08.2019. "Zirə" - "Neftçi" – 1:0







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı