4 iyul 2026. Şənbə

"Neftçi”dən daha bir transfer


"Neftçi”dən daha bir transfer

"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, "flaqmanlar" heyətini Murad Xaçayevlə gücləndirib. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.







Misli Premyer liqa

"Qarabağ" növbəti transferini rəsmiləşdirdi
  • Misli Premyer liqa
  • 17:07 03.07.2026
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi