10 avqust 2026. Bazar ertəsi

“Zirə” və “Qarabağ”ın sabiq futbolçusu “Araz-Naxçıvan”da


“Zirə” və “Qarabağ”ın sabiq futbolçusu “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

90deqiqe.Az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta ilə 1 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. Azərbaycanlı azarkeşlərə yaxşı tanış olan Keyta Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib.

O, müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı