10 avqust 2026. Bazar ertəsi

“Qarabağ”ın Avstriyada yoxlama oyunları keçirəcəyi bütün rəqiblər müəyyənləşib


“Qarabağ”ın Avstriyada yoxlama oyunları keçirəcəyi bütün rəqiblər müəyyənləşib

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, komanda Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Ukraynanın “Metallist” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Dörd gün sonra Ağdam təmsilçisi “Tvente” ilə iki görüşə çıxacaq. Niderland klubu ilə oyunlar saat 17:00 və 19:15-də start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son matçı Avstriyanın “Zalsburq” kollektivinə qarşı olacaq. Görüş saat 18:00-da başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda olacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı