7 avqust 2026. Cümə

AFFA-dan klub prezidentinə və baş məşqçisinə xəbərdarlıq


AFFA-dan klub prezidentinə və baş məşqçisinə xəbərdarlıq

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Corner.az-ın məlumatına görə, komitə Premyer Liqanın II turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

“Sabah”la oyunda qırmızı vərəqə alan “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçında birincilərin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozub. Bu, onun 1 oyunluq diskvalifikasiya edilməsinə və bakılıların 800 manat cərimələnməsinə səbəb olub.

“Sumqayıt” – “Səbail” görüşündən sonra isə ev sahiblərinin prezidenti Riad Rəfiyev və baş məşqçisi Ayxan Abasov hakimin qərəzli idarəçiliyi haqda fikirlər bildirib. İntizam Komitəsi hər iki şəxsə ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, onlar İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı