3 iyul 2026. Cümə

"Araz-Naxçıvan" Türkiyə klubuna 14 cavabsız qolla qalib gəlib


"Araz-Naxçıvan" Türkiyə klubuna 14 cavabsız qolla qalib gəlib

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”u 14:0 hesabı ilə məğlub edib.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Koen vurublar.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.







Misli Premyer liqa

"Kəpəz"də ayrılıq
  • Misli Premyer liqa
  • 15:02 02.07.2026
"Kəpəz"də ayrılıq
"Sabah" İqor Noqeyranı yola saldı
  • Misli Premyer liqa
  • 17:29 30.06.2026
"Sabah" İqor Noqeyranı yola saldı