3 iyul 2026. Cümə

“Neftçi”dən daha bir transfer


“Neftçi”dən daha bir transfer

“Neftçi” heyətinə daha bir futbolçu cəlb edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi ekvadorlu Cordan Rezabala ilə anlaşıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.







Misli Premyer liqa

"Kəpəz"də ayrılıq
  • Misli Premyer liqa
  • 15:02 02.07.2026
"Kəpəz"də ayrılıq
"Sabah" İqor Noqeyranı yola saldı
  • Misli Premyer liqa
  • 17:29 30.06.2026
"Sabah" İqor Noqeyranı yola saldı