17 avqust 2026. Bazar ertəsi

Qurbanovun istefası qəbul olundu - RƏSMİ


Qurbanovun istefası qəbul olundu - RƏSMİ

"Qəbələ" rəhbərliyi Azərbaycan Premyer Liqasının III turunda “Keşlə”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi postundan getdiyini bildirən Sənan Qurbanovun istefasını qəbul edib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı mütəxəssisə fəaliyyətinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. 

"Qırmızı-qaralar" onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” Qurbanovun rəhbərliyi altında Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün qalibi olub







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer