22 iyun 2026. Bazar ertəsi

MPL-da ötən mövsüm ən çox “quru oyun” keçirən qapıçılar açıqlanıb


MPL-da ötən mövsüm ən çox “quru oyun” keçirən qapıçılar açıqlanıb

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ən çox “quru oyun” keçirən qapıçılar bəlli olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının açıqladığı statistikaya istinadla xəbər verir ki, siyahıya "Zirə"nin qolkiperi Aydın Bayramov başçılıq edir. O, 17 matçda qapısını toxunulmaz saxlayıb. İkinci pillədə "Araz-Naxçıvan"da çıxış edən Kristian Avram qərarlaşıb. Rumıniyalı qapıçı 16 görüşdə rəqib komandanın hücumçularına qol imkanı verməyib.

Üçüncü sırada isə "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski yer alıb. Əlcək sahibi 11 qarşılaşmada qapısında qol görməyib.

İlk “beşliy”i "Turan Tovuz" klubunun sabiq qolkiperi İvan Konovalov (10) və bu yay "Kəpəz"dən ayrılan Rojerio Santos (9) tamamlayır.

 







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı