7 may 2026. Cümə axşamı

Vurğun Antonu vurdu - FOTO


Vurğun Antonu vurdu - FOTO
Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Sumqayıt” matçında xoşagəlməz hadisə yaşanıb.

Corner.az xəbər verir ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” feyr-pleyə əməl etmədən rəqib qapısına yol tapıb.
 
Belə ki, 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldığından qapıçı Mehdi Cənnətov topu kənara çıxardı. Amma “Neftçi” oyunu dərhal bərpa etdi və topu rəqibə vermədən, gedib qol vurdu.
 
Məhz Stiven Monrozun 90+4-cü dəqiqədə vurduğu qoldan sonra meydanda ara qarışdı. “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu.
 
Gərginlik zamanı “Neftçi”nin məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma oyun qurtaran kimi Ayxan Etibarın üstünə getsə də, Tarverdiyev onu qucaqlayıb öpdü.












Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi