22 iyun 2026. Bazar ertəsi

Kintana və Zubirin yubileyi


Kintana və Zubirin yubileyi

Azərbaycan Premyer Liqasının III turunun “Səbail”lə oyunu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Corner.az xəbər verir ki, Ağdam klubunun 4:0 hesablı qələbəsində bir qol vuran Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib.

2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan ispaniyalı legioner yubiley qolunu 139-cu matçında vurub. Kintananın bu qollarından 31-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 6-sı avrokuboklara təsadüf edib.

Daninin komanda yoldaşı Abdullah Zubir isə yubiley oyununu keçirib. Görüşə ikinci hissədə daxil olan fransalı “Qarabağ”da 50-ci matçına çıxıb. 2018-ci ilin yayında transfer olunan yarımmüdafiəçi Premyer Liqada 25, Azərbaycan kubokunda 4, avrokuboklarda 21 dəfə şans qazanıb.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı