10 avqust 2026. Bazar ertəsi

Misli Premyer Liqasında mövsümün ilk xalları bölüşüldü


Misli Premyer Liqasında mövsümün ilk xalları bölüşüldü

2025/2026 mövsümünün Misli Premyer Liqasına start verilib.

90deqiqe.Az xəbər verir ki, ilk turun açılış görüşündə “Karvan-Yevlax” Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunun bütün qolları ikinci hissədə vurulub. 54-cü dəqiqədə “Qəbələ”nin hücumçusu Domi Massumo hesabı açıb. Lakin 78-ci dəqiqədə komandanın müdafiəçisi Murad Musayev avtoqol edərək “Karvan-Yevlax”a bərabərlik gətirib.

Turun qalan oyunları 16, 17 və 19 avqustda keçiriləcək. Çempionlar Liqasındakı çıxışını davam etdirən “Qarabağ”ın “Sabah”la oyunu isə beynəlxalq oyun qaydalarına uyğun olaraq təxirə salınıb.

 







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı