7 avqust 2026. Cümə

Sumqayıta texniki məğlubiyyət verildi


Sumqayıta texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun II turundakı oyunlar müzakirə edilib.

Corner.az-ın məlumatına görə, növbəti maraqlı cəzalar tətbiq edilib.

“Sumqayıt-2” – “Neftçi-2” görüşündə əvəzetmə zamanı birincilərin protokolda adı olmayan futbolçusu meydana çıxdığından, komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.

“Səbail-2”nin nümayəndəsinin “Ağsu” ilə oyunöncəsi iclasda iştirak etməməsi bakılılara 80 manatlıq cərimə bahasına başa gəlib.

“Qarabağ-2” – “Zaqatala” qarşılaşmasında birincilər oyunun protokolunu vaxtında tərtib etmədiyindən, 80 manatlıq cərimələnib. Həmçinin “Qarabağ-2” AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) daha 80 manatlıq cəriməyə məruz qalıb. Ağdam təmsilçisi PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə, 80 manat da cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi gecikdiyindən, meydan sahibi klub daha 40 manat cərimələnib







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı