15 aprel 2026. Çərşənbə

Neftçi'yə sərt cəza: 20 oyun + 16 min manat


Neftçi'yə sərt cəza: 20 oyun + 16 min manat

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Corner.az-ın məlumatına görə, Premyer Liqanın III turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

Xüsusən də, qalmaqallı "Neftçi" - "Sumqayıt" görüşü ilə bağlı cəzalar kəsilib. Oyunun 82-ci dəqiqəsində qırmızı vərəqə alan qonaqların oyunçusu Murad Xaçayev 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub. 90+4-cü dəqiqədə ikinci sarı vərəqə alan “Neftçi”nin üzvü Anton Krivotsyuk da eyni cəzaya məruz qalıb və klubunu 200 manat ziyana salıb. Aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov isə 3 matçlıq cəza və 2400 manatlıq cərimə ilə "mükafatlandırılıb".

“Neftçi”nin məşqçisi Etibar Tarıverdiyevin cəzası daha sərt olub. Rəqibin baş məşqçisi Ayxan Abbasova əllə zərbə vuran Tarıverdiyev 20 oyun cəzalanıb, klub 16000 manat cərimələnib.

Ayxan Abbasov isə mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında onun haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Görüş başa çatdıqdan sonra “Neftçi”yə aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimələnib.

Bundan başqa, “Sabah”la matçda 5 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimə olunub.







Misli Premyer liqa

"Qəbələ"də yeni müqavilə
  • Misli Premyer liqa
  • 11:18 14.04.2026
"Qəbələ"də yeni müqavilə
“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə