- Misli Premyer liqa
- 22:17 04.12.2025
Futbol üzrə Misli Premyer Liqasının II turunda daha iki qarşılaşma baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, "Turan Tovuz" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.
Günün ilk matçında isə birinci turda oyunu təxirə salınan "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Paytaxt təmsilçisi rəqibini eyni hesabla – 2:1 məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "İmişli" ilə qolsuz bərabərə qalıb. "Qarabağ" doğma meydanda "Sumqayıt"a 0:1, "Kəpəz" isə "Karvan-Yevlax"a 2:3 hesabı ilə uduzub. II turun son oyunu avqustun 25-də "Qəbələ" ilə "Zirə" arasında keçiriləcək.
***
Misli Premyer Liqasında II turun daha bir oyunu baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin qələbəsi ilə nəticələnib – 2:1.
Oyunun start fitindən dərhal sonra qonaqlar hesabı açıb – 1-ci dəqiqədə Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə meydan sahibləri Dioqo Balaunun qolu ilə tarazlığı bərpa etsə də, 76-cı dəqiqədə Mikels dublunu rəsmiləşdirərək “Sabah”a vacib qələbə qazandırıb.
Xatırladaq ki, “Şamaxı” ilk turda səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etmişdi. “Sabah”ın “Qarabağ”la görüşü isə təxirə salınmışdı.
Bu gün turun digər qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib, “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” isə “Kəpəz”i (3:2) məğlub edib. Tur avqustun 25-də keçiriləcək “Qəbələ” – “Zirə” oyunu ilə başa çatacaq.