1 oktyabr 2026. Cümə axşamı

"Araz-Naxçıvan" Coşqun Diniyevi transfer edib


"Araz-Naxçıvan" Coşqun Diniyevi transfer edib

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.







Misli Premyer liqa