1 oktyabr 2026. Cümə axşamı

“Qəbələ” doğma meydanda “Zirə”yə uduzdu


“Qəbələ” doğma meydanda “Zirə”yə uduzdu

Misli Premyer Liqasının II turuna Qəbələdə keçirilən oyunla yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə,  “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib – 1:2.

Meydan sahiblərinin yeganə qolunu 16-cı dəqiqədə Nicat Əliyev vurub. “Zirə”nin qollarına isə Ceyhun Nuriyev imza atıb – 35 və 45+1-ci dəqiqələr.

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

  • “Neftçi” – “İmişli” – 0:0

  • “Sumqayıt” – “Qarabağ” – 1:0

  • “Karvan-Yevlax” – “Kəpəz” – 3:2

  • “Sabah” – “Şamaxı” – 2:1

  • “Araz-Naxçıvan” – “Turan Tovuz” – 2:1

 







Misli Premyer liqa