- Misli Premyer liqa
- 18:33 13.12.2025
"Qarabağ" yeni transferini açıqlayıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi kolumbiyalı vinger Camilo Duranla anlaşıb.Azərbaycan çempionu 23 yaşlı oyunçu arasında 3 illik müqavilə imzalanıb.
Futbolçu yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.
Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.
Qeyd edək ki, klubumuz bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.