2 iyul 2026. Cümə axşamı

"Sabah" "Sivasspor"un futbolçusunu transfer etdi


"Sabah" "Sivasspor"un futbolçusunu transfer etdi

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin "Sivasspor" klubu ilə razılıq əldə edilib.

Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında "bayquşlar"ın uğurları üçün çalışacaq. 

Simiç karyerası ərzində "Sivasspor"la yanaşı, Serbiyanın "Srvena Zvezda" (2012-2013, 2018-2021), "Zemun" (2018), "Voyvodina" (2021-2023), İsveçrənin "Bazel" (2013-2017), "Şaffhauzen" (2016), "Kyasso" (2016-2017), "Vintertur" (2017), Sloveniyanın "Domjale" (2014-2015) və Kiprin "Omoniya" (2023-2025) klublarında çıxış edib. 

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub. O, "Sabah"da 21 nömrəli formada çıxış edəcək.







Misli Premyer liqa

"Sabah" İqor Noqeyranı yola saldı
  • Misli Premyer liqa
  • 17:29 30.06.2026
"Sabah" İqor Noqeyranı yola saldı
"Qəbələ" Natan Monzanqonu heyətinə qatdı
  • Misli Premyer liqa
  • 14:58 30.06.2026
"Qəbələ" Natan Monzanqonu heyətinə qatdı
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:42 29.06.2026
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb