2 iyul 2026. Cümə axşamı

"Zirə"dən darmadağın, "Araz-Naxçıvan" "Qəbələ"ni məğlub etdi


"Zirə"dən darmadağın, "Araz-Naxçıvan" "Qəbələ"ni məğlub etdi

Azərbaycan Premyer Liqasının III turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada "Zirə" "Kəpəz" üzərində inamlı qələbə qazanıb – 5:0.

Rəşad Sadıqovun komandasına qələbəni Qismət Alıyev (13), İssa Cibrila (32), Junior Martins (37), Yeqor Boqomolski (71) və Davit Volkov (83) gətiriblər.

Turun digər oyunu Naxçıvanda baş tutub. "Liv Bona Dea Arena"da keçirilən görüşdə "Araz-Naxçıvan" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını Ba-Muaka Simakala (30) və Felipe Santos (33) vurublar. Qonaqların yeganə qoluna isə Adriel Ba Loua (9) imza atıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Neftçi"ni 1:0 hesabı ilə üstələyib, "Sumqayıt" – "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib – 1:1. III tura avqustun 31-də yekun vurulacaq.







Misli Premyer liqa

"Sabah" İqor Noqeyranı yola saldı
  • Misli Premyer liqa
  • 17:29 30.06.2026
"Sabah" İqor Noqeyranı yola saldı
"Qəbələ" Natan Monzanqonu heyətinə qatdı
  • Misli Premyer liqa
  • 14:58 30.06.2026
"Qəbələ" Natan Monzanqonu heyətinə qatdı
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:42 29.06.2026
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb