2 iyul 2026. Cümə axşamı

“Qarabağ” Premyer Liqada ilk qələbəsini qazandı


“Qarabağ” Premyer Liqada ilk qələbəsini qazandı

Misli Premyer Liqasının III turunda “Qarabağ” “Karvan-Yevlax”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Oyunun 11-ci dəqiqəsində Yevlax klubunun futbolçusu Elvin Yunuszadə avtoqolla hesabı açıb. 72-ci dəqiqədə Emmanuel Addai fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbə ilə “Qarabağ” mövsümdə ilk dəfə 3 xal qazanıb. “Karvan-Yevlax” isə 4 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” – “Neftçi”ni 1:0, “Zirə” – “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” – “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Şamaxı” görüşü isə heç-heçə başa çatıb – 1:1.







Misli Premyer liqa

"Sabah" İqor Noqeyranı yola saldı
  • Misli Premyer liqa
  • 17:29 30.06.2026
"Sabah" İqor Noqeyranı yola saldı
"Qəbələ" Natan Monzanqonu heyətinə qatdı
  • Misli Premyer liqa
  • 14:58 30.06.2026
"Qəbələ" Natan Monzanqonu heyətinə qatdı
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:42 29.06.2026
"Qəbələ" Kouya Mabenanı heyətinə qatıb